Bu gün Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazi) naməlum kişi cəsədi aşkar edilib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.