Xəzər dənizində üç nəfər batıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xəzər rayonunda, 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) qeydə alınıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər batanların axtarışları davam etdirilir.