Dənizə düşən budka tapıldı: Neftçilərimizdən heç biri butkada yoxdur – RƏSMİ

Dənizə düşən budka tapıldı: Neftçilərimizdən heç biri butkada yoxdur – RƏSMİ
SOSİAL
16:07 16.12.2016
5035

 

N.Nərimanov adına NQÇİ-dəki hadisə zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb.

 

AZXEBER.COM SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 15.12.2016-cı il tarixində güclü külək nəticəsində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir: "Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunmuş, vertalyot və gəmilərin sayı artırılmışdır. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilmiş, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparmışlar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir”.

OXŞAR XƏBƏRLƏR