Xəzərdən bir nəfərin meyiti çıxarıldı

Xəzərdən bir nəfərin meyiti çıxarıldı
SOSİAL
11:32 15.12.2016
7230
"Azneft” İctimai Birliyinin strukturuna daxil olan N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb.

Bu barədə Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, hadisə NQÇİ-nin 1-ci mədənindəki təzə estakadanın uçması nəticəsində baş verib: 

"Budkada 10 nəfər işçi olub. Aldığım ilkin məlumata görə, bir nəfər Atbulaq kənd sakini Cavid Bəhramovun meyiti tapılıb. Qalan 9 nəfər itkin düşüb. ”

Mirvari Qəhrəmanlı qeyd edib ki, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub: 

"Nəticədə 5 nəfər həlak olmuşdu”.

///AzNews.az
OXŞAR XƏBƏRLƏR