Kişi şikayətində qadının ona rədd cavabı verməsinin fahişələrin əxlaq qanunlarına uyğun olmadığını bildirib
London sakini ona xidmət göstərməkdən imtina edən fahişəni məhkəməyə verib. ANS PRESS-in məlumatına görə, bu qəribə hadisə haqqında Orange News yazıb.
Adı açıqlanmayan kişi hakim orqanlara şikayətində Şərqi Avropadan olduğu ehtimal edilən qadının ona rədd cavabı verməsini fahişələrin əxlaq qanunlarına uyğun olmadığını bildirib. Britaniyalı öz şikayətində öz adını və ev ünvanını da göstərib. Onun bu şikayətinə baxılacağı və ona nə zaman cavab veriləcəyi hələ dəqiqləşməyib.
Bununla yanaşı qeyd edilib ki, fahişəlik qədim fəaliyyətlərdən biri olsa da. indiyə qədər bu peşənin nümayəndələrindən heç bir şikayət daxil olmayıb.
Qeyd edək ki, fahişəlik fəaliyyəti Böyük Britaniyada qadağan edilməyib. Lakin seks-xidmət göstərməyə məcbur eduilmiş fahişə ilə əlaqəyə girmək qeyri-qanunidir. Hətta müştəri qadının öz iradəsi xaricində işləməsindən məlumatlı olmasa da cəzalandırıla bilər.