Xidmətçi xəstəxanada gəlinə təcavüz etdi

DÜNYA
11:41 19.04.2016
4118
Türkiyədə yenə təcavüz hadisəsi baş verib.
"Sabah"da yazılan xəbərə görə, 22 yaşlı, 3 ayın gəlini müalicə aldığı İstanbulun "Bayrampaşa Devlet Hastanesi"ndə təcavüzə uğrayıb.
Məlumata görə, tez-tez təzyiq problemi ilə üzləşən Necla P. müalicə almaq üçün xəstəxanaya yatırılıb. Onun otaqda tək olduğu vaxtların birində xəstəxananın xidmətçisi Neclanın əlini-qolunu tutaraq öpməyə başlayıb. Gəlin səs-küy saldığına görə xidmətçi qaçaraq otaqdan uzaqlaşıb.
Polislər tərəfindən saxlanılan xidmətçi təcavüz etdiyini etiraf etmir.
Məsələ ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR