Xilas edildiyi deyilən “Hatayspor”un futbolçusu hələ də dağıntılar altındadır - FOTO

Xilas edildiyi deyilən “Hatayspor”un futbolçusu hələ də dağıntılar altındadır - FOTO
DÜNYA
18:15 08.02.2023
219
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan "Hatayspor”un futbolçusu Kristian Atsunun xilas edildiyi barədə yayılan məlumatlar yanlışdır.

Bu barədə "Hatayspor” baş məşqçisi Volkan Demirel bildirib.

O, qanalı futbolçu Kristian Atsu və idman direktoru Taner Savutdan hələ xəbər almadıqlarını açıqlayıb.

"Lütfən, əmin olmadan o sağ qaldı, bu xilas edildi deyə yazmayın. İnsanların ailələri var, ümidlər, kədərlər, ağrılar artır. Kristian və Tanerdən hələ xəbər yoxdur. Onlar xəstəxanada olsaydılar, məgər mən bunu paylaşmazdım?”, - deyə məşqçi bildirib.
OXŞAR XƏBƏRLƏR