Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa etdilər

Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa etdilər
İDMAN
20:01 24.01.2019
7785
Xilasedicilər İngiltərənin "Kardiff Siti" klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.

Onlar bəzi qalıqlar tapıb, lakin bunun oyunçunun yer aldığı təyyarəyə aid olub-olmadığını müəyyənləşdirməyiblər. Xilasedicilər bu gün sahil axtarışlarına yönəldiləcəklər.

Qeyd edək ki, Fransanın "Nant" klubundan "Kardiff Siti"yə keçən Emiliano Sala yanvarın 22-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib. 
 
///report
OXŞAR XƏBƏRLƏR