XİN: "20 Yanvara görə məsuliyyət daşıyanların cavab verməsi üçün addımlar atılacaq"

XİN: "20 Yanvara görə məsuliyyət daşıyanların cavab verməsi üçün addımlar atılacaq"
SİYASƏT
13:08 19.01.2022
384
"1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar” kimi daxil oldu".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 20 Yanvar faciəsi ilə əlaqədar dərc etdiyi bəyanatda qeyd olunub.

"Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistanın özündən deportasiya edilməsi Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Ümumxalq hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

20 yanvar faciəsinin üzərindən 32 il keçir, lakin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətləndirmə hələ də verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdi və hazırda, müstəqilliyinin bərpa edilməsinin 31-ci ilini yaşayan Azərbaycan Respublikası dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvüdür.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi dövlətçiliyimizin təməlini təşkil edir və bu təməl prinsiplərin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir. Dövlətimizin müstəqilliyinə və bütövlüyünə qarşı ola biləcək hər hansı təhdidlər bundan sonra da tərəfimizdən qətiyyətlə cavablandırılacaq və Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaqdır.

Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən bütün qəhrəman Şəhidlərimizin ruhunu dərin ehtiram və minnətdarlıqla anırıq", - bəyanatda bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
12:21 21.05.2025
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
12:11 21.05.2025
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı  AÇIQLAMA
12:11 21.05.2025
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA