XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib

XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
SİYASƏT
18:14 26.05.2020
1513
Xarici İşlər Nazirliyi (XİN) Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirib.

AZXEBER.COM-un xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, onlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq qərarı ilə tanış olublar.

"Əlbəttə, qərarla bağlı konkret fikir söyləmək üçün onun hüquqşünas ekspertlər səviyyəsində öyrənilməsi vacibdir, bununla belə qərarla bağlı müşahidələri bölüşmək olar. İlk növbədə nəzərə almaq lazımdır ki, bu gün bölgəmizin həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının kökündə, məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində qurumuş düşmən siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dayanır. Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərini təhrif etməklə işğalçı Ermənistan, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Lakin elə AİHM-in 2015-cı ilin 16 iyun tarixli "Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunur. Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına sözdə bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Habelə, AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.

L. Abdullayeva qeyd edib ki, Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır: "Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib. Belə ki, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib”.

XİN rəsmisi vurğulayıb ki, Avropa Məhkəməsi qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan Hökuməti tərəfindən pozulmadığını müəyyən edib: "Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda hesab edirik ki, Azərbaycan Silahlı qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi”.

L. Abdullayeva onu da qeyd edib ki, əfv olunma, dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının əfv etmək səlahiyyəti vardır: "Bir daha vurğulamaq istərdim ki, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. İki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən işğalçı qüvvələrin çaxırdılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir. Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcüvüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanı olan məcburi-köçkün olduğunu qərar ilə bağlı yaydığı mətbuat məlumatında qeyd edərdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq