XİN: Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib

XİN: Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib
SİYASƏT
10:10 02.06.2023
210
Mayın 31-də Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb.

Bu barədə AZXEBER.COM-a XİN-dən bildirilib.

Qeyd edilib ki, cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.
Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik.
OXŞAR XƏBƏRLƏR