XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır
Siyasət
13:33 04.05.2020
781
Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

Paylaşımda bildirilir:

"1994-cü ilin bu günündə Azərbaycan NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulub və İttifaqla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. Azərbaycan Avro-Atlantik bölgədə və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi qorumaq üçün NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır".

OXŞAR XƏBƏRLƏR