XİN: Azərbaycan Ordusu mülki şəxsləri qorumaq üçün adekvat tədbirlər görəcək

XİN: Azərbaycan Ordusu mülki şəxsləri qorumaq üçün adekvat tədbirlər görəcək
SİYASƏT
13:43 04.10.2020
571
Oktyabrın 4-də Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisi və obyektlərini hədəfə almağı davam etdirib. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Ermənistan tərəfindən qəsdən edilən atəşlər nəticəsində indiyə qədər 22 nəfər mülki azərbaycanlı, o cümlədən 2 məktəbli öldürülüb, 74 nəfər yaralanıb.

Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədyönlü şəkildə hədəfə alınması beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan tərəfindən, o cümlədən müvafiq beynəlxalq təşkilatlar vasitəsi ilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə yönəlmiş hücumların davam etməsi, günahsız insanların məqsədyönlü şəkildə öldürülməsinin və Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinin əyani təzahürüdür.

Ermənistanın bu hərbi təxribatının mövcud vəziyyətin şüurlu şəkildə pisləşdirilməsinə yönəldiyini və Ermənistanın hərbi əməliyyatların zona və əhatə dairəsini genişləndirmək niyyətini nümayiş etdirdiyini vurğulayırıq. Azərbaycan silahlı qüvvələri mülki şəxsləri qorumaq üçün adekvat əks tədbirlər görəcəkdir.

Biz Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq. Bölgədəki vəziyyətin pisləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bir daha təkrar edirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"