XİN: Azov dənizində 5 Azərbaycan vətəndaşı həlak olub

XİN: Azov dənizində 5 Azərbaycan vətəndaşı həlak olub
SİYASƏT
13:52 05.06.2026
352
Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərin vurulması ilə bağlı sorğusuna cavab olaraq deyib.

O bildirib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

"Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq”, - Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib.

Qeyd edək ki, 5 iyun tarixində gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində "Natra” və "Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır