XİN başçısı: “Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”

XİN başçısı: “Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”
SİYASƏT
17:56 24.11.2022
173
"Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir:

"Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetirilmir”.
OXŞAR XƏBƏRLƏR