"Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır".
AZXEBER.COM xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.
"Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər olmalıdır”, - XİN-in paylaşımında qeyd edilir.
Qeyd edək ki, 26 fevral Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür - Xocalı soyqırımından 31 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
On the 31st Anniversary of #KhojalyGenocide, one of the gravest crimes committed against