XİN-dən Dağlıq Qarabağla bağlı bəyanat: “Əgər o xalqını barmağına dolamaq istəyirsə...”

XİN-dən Dağlıq Qarabağla bağlı bəyanat: “Əgər o xalqını barmağına dolamaq istəyirsə...”
SİYASƏT
15:09 28.08.2019
4231
Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.

Bəyanatda daha sonra qeyd edilir ki, Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə:

"Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdir, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.

İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedura yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.

Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərilərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.

Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki, bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır".

Bəyanatda o da vurğulanır ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib