XİN-dən Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı rəsmi - Açıqlama

XİN-dən Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı rəsmi - Açıqlama
SİYASƏT
17:50 14.05.2019
3202
Bakıda Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib. 

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.   

Açıqlamada bildirilir ki, gözlənti ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq.

Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama