XİN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA

XİN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
SİYASƏT
11:30 25.10.2022
699
2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

"Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - qeyd olunub.
OXŞAR XƏBƏRLƏR