XİN-dən Paşinyanın məqaləsinə - Reaksiya

XİN-dən Paşinyanın məqaləsinə - Reaksiya
SİYASƏT
17:41 04.03.2025
187

"30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş nazirinin "Armenpress” xəbər agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında bildirib.

Qeyd olunub ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib:

"Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır.

Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Armenpress” xəbər agentliyində Ermənistanla Azərbaycan arasında kommunikasiyalara dair məqaləsində Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birtərəfli qaydada hər hansı bir öhdəlik götürmədiyini, Azərbaycandan fərqli olaraq nəqliyyat kommunikasiya xətlərini açmağa hazır olduqlarını, kommunikasiyaların açılması ilə bağlı Ermənistanın təkliflərinə Azərbaycanın hələ də cavab vermədiyini, Azərbaycanın bu məsələdən bəhanə kimi istifadə edərək gərginlik yaratmaq məqsədi güddüyünü bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
21:06 04.03.2025
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
20:46 04.03.2025
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
20:15 04.03.2025
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
20:13 04.03.2025
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
20:08 04.03.2025
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
19:57 04.03.2025
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
19:48 04.03.2025
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
19:48 04.03.2025
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
"Antidepressant" plagiat çıxdı
19:37 04.03.2025
"Antidepressant" plagiat çıxdı
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
19:23 04.03.2025
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
19:12 04.03.2025
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
18:51 04.03.2025
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
18:44 04.03.2025
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
18:29 04.03.2025
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
18:22 04.03.2025
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
"Qızları gözü açılmadan ərə vermək lazmdır" - Təranə Qumral
18:13 04.03.2025
"Qızları gözü açılmadan ərə vermək lazmdır" - Təranə Qumral