Tanınmış opera müğənnisi Monserrat Kabalye dünən Dağlıq Qarabağa gəlməyi ilə bağlı xəbər vermişdik.
Sabah Kabalyenin Xankəndində konserti olacaq.
İlk dəfə Monserrat Kabalye 2013-cü ilin iyununda Dağlıq Qarabağa gəlib. Həmin il dekabrın 12-də Kabalyenin Parisdə Ermənistanla bağlı albomu nümayiş olunub. Məhz Parisdə müğənni yenə Dağlıq Qarabağa gələcəyinə söz verib.Azərbaycan hakimiyyəti Dağlıq Qarabağa baş çəkməsinə görə Monserrat Kabalyenin adını “qara siyahıya” daxil edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev ans press-ə bildirib ki, Kabalyenin adı XİN-in “qara siyahı”sındadır: “Onun nə Azərbaycanın işğal altında olan torpaqlarına səfər etməyə, nə də BMT və beynəlxalq təşkilatlar adından orada danışmağa heç bir hüqüqi haqqı yoxdur”.