XİN: Ermənistan humanitar atəşkəsi pozaraq təcavüzkar siyasətini davam etdirir

SİYASƏT
12:48 18.10.2020
341
Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında oktyabrın 18-də humanitar atəşkəsə razılıq verdi.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00.02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Gecə saat 00.05 -dən 03.25 -dək atəşkəsi pozan Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan istifadə edərək iki dövlətin sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərini atəşə tutub.

Qeyd olunub ki, atəşin dayandırılması razılığına rəğmən gecə ərzində cəbhədə vəziyyəti gərgin saxlayan Ermənistan silahlı qüvvələri səhər saat 07.00-dan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.

"İkinci dəfə elan olunmasından sonra Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir.

Azərbaycan humanitar atəşkəsə sadiqdir, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib