Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanda iki gün dalbadal baş verən mina partlayışları dinc sakinlərə dəyib.
Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və əhalinin öz evlərinə qayıtmasına mane olur.