XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

SİYASƏT
10:51 21.09.2020
296
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 19 sentyabr tarixində "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli KİV-ə müsahibəsində hər zamankı kimi tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Ermənistan XİN-in bu xüsusda yaydığı ənənəvi saxta və riyakar açıqlama isə bu ölkənin acı həqiqətləri hələ də qəbul etmək iqtidarında olmadığını nümayiş etdirir".

AZXEBER.COM xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikası Prezidentinin "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli KİV-ə müsahibəsi ilə bağlı Ermənistan XİN-in açıqlamasına münasibət bildirərkən deyib.

"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirən, bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir ki, dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədən bir ölkədir. Bu ölkənin öncəki kriminal xunta rejimi kimi, hazırkı təxribatçı rəhbərliyi də bölgədəki vəziyyəti və ətrafda cərəyan edən hadisələri düzgün qiymətləndirmək və öz xalqının maraqlarını təmin etməkdən çox uzaqdır. Təəssüf doğuran bir haldır ki, milli maraqlar əsasında müstəqil siyasət yürütmək, bölgədə sülh, təhlükəsizlik və rifahın verə biləcəyi faydanı dərk etmək hələ də Ermənistana nəsib olmayıb.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır və beləliklə də elə Ermənistanın səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək imkanını heçə endirir. Ermənistan Baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir və bunun məsuliyyəti bilavasitə Ermənistan rəhbərliyinin üzərindədir", L.Abdullayeva bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:41 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar

21:19 30.10.2020

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

20:22 30.10.2020

Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO

20:18 30.10.2020

İlham Əliyev: "Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırıq"

20:02 30.10.2020

Anar Eyvazov: "Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"