XİN-in idarə rəisi həbsdən buraxıldı

XİN-in idarə rəisi həbsdən buraxıldı
SİYASƏT
12:07 23.09.2020
775
Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətə baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, vəsatət təmin edilib.

Qeyd edək ki, Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR