XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​

XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
SİYASƏT
13:57 13.03.2026
274
İranda 60-dən artıq ölkənin 3400-dən çox vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.

Bunu AZXEBER.COM-un sorğusuna cavabında XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Ayxan Hacızadə qeyd edib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR