XİN: Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir

XİN: Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir
DÜNYA
18:27 19.05.2023
221
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Nazirin sözlərinə görə, artıq bir sıra məsələlər üzrə müzakirələr başlamalıdır, çünki bu, sülhə aparan yoldur.

Siyarto Çin hökumətinin Ukrayna-Rusiya münaqişəsinin həlli üçün təklif etdiyi sülh planını yaxşı zəmin adlandırıb.
OXŞAR XƏBƏRLƏR