XİN: "Milan Şəhər Şurasının separatçı rejimi tanıması təxribatdır"

XİN: "Milan Şəhər Şurasının separatçı rejimi tanıması təxribatdır"
SİYASƏT
18:34 16.10.2020
787

"Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən "tanınması" ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatı və saxtakarlıqlara əsaslanan propaqandasının tərkib hissəsidir".

AZXEBER.COM  xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İtaliyanın Milan Şəhər Şurasının ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma rejimi guya tanıması ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.

"Burada söhbət Milan şəhərində fəaliyyət göstərən Ermənistan fəxri konsulluğu və Milandakı erməni icmasının təşəbbüsü ilə Şəhər Şurası tərəfindən edilən müraciətdən gedir.

Bu xüsusda bildirmək istərdik ki, İtaliyada hər bir ərazi vahidinin yerli orqanının üzvləri mərkəzi hökumətə istənilən mövzuda müraciətlə çıxış edə bilər. Həmin müraciətlər heç bir hüquqi əsasa malik deyil və hüquqi nəticələr doğurmur. Eyni zamanda, İtaliya Respublikasının heç bir ərazi vahidinin "tanıma" kimi səlahiyyəti yoxdur. Erməni tərəfinin "tanıma" olaraq iddia etdiyi "müraciət" də bu qəbildəndir və heç bir hüquqi təbiətə malik olmamaqla yanaşı, hər hansı hüquqi nəticələr doğurmur.

İtaliya Respublikasının xarici siyasətini mərkəzi hökumət müəyyənləşdirir. İtaliya Respublikası Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır və bu mövqe 20 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Baş naziri Cüzeppe Konte tərəfindən Roma şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə"də öz əksini tapmışdır.

Həmin Birgə Bəyannamədə İtaliya Respublikası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini bir daha təsdiq etmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz həmin prinsiplər əsasında həll edilməsini dəstəkləmişdir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
Evini 3,2 milyona satır - Fotolar
04:20 12.10.2026
Evini 3,2 milyona satır - Fotolar
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
04:08 12.10.2026
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
03:50 12.10.2026
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
03:36 12.10.2026
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
03:22 12.10.2026
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var