XİN: "Niderland xarici işlər nazirinin səsləndirdiyi fikirlər qəbuledilməzdir"

XİN: "Niderland xarici işlər nazirinin səsləndirdiyi fikirlər qəbuledilməzdir"
SİYASƏT
16:54 27.01.2024
252
Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun parlamentdə səsləndirdiyi fikirlər ilə əlaqədar deyib.

"Təəssüf ki, növbəti dəfə Niderland rəsmisi parlament nümayəndələrinin sorğusuna cavab olaraq ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Bu ilk dəfə deyil ki, Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilir. Bu açıqlamalar, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə post-münaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir", - o bildirib.

A.Hacızadə qeyd edib ki, bu kimi bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir:

"Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib. Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq".

Qeyd edək ki, Niderland xarici işlər naziri Hanke Bruins Slot ölkə parlamentinin Xarici İşlər Komitəsinin iclasında son dövrlərdə Azərbaycan tərəfindən verilən ictimai bəyanatların narahatlıq doğurduğunu bildirib, Azərbaycanı sanksiya ilə hədələyərək, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə bir sıra neqativ fikirlər səsləndirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu