XİN Pakistanda baş verən terror aktlarını pisləyib

XİN Pakistanda baş verən terror aktlarını pisləyib
SİYASƏT
22:48 01.02.2026
766
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazirliyin "Facebook" səhifəsində məlumat yayılıb.

"Həlak olanların ailələrinə ən dərin başsağlığımızı bildirir, qardaş Pakistan xalqına və Pakistan Hökumətinə səmimi hüzn və həmrəyliyimizi ifadə edirik. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq. Bu çətin zamanda Pakistanla həmrəy olduğumuzu bildirir və terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq səylərə qəti dəstəyimizi bir daha təsdiqləyirik", - məlumatda deyilir.
OXŞAR XƏBƏRLƏR