Rusiya və ABŞ arasında Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin gedişini izləyir və gərginliyi azaltmağa kömək edə biləcək bütün diplomatik həll yollarını alqışlayırıq.
Bu barədə "Kommersant" qəzetinə müsahibəsində Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Onun sözlərinə görə, Doha danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.
"Əgər bizim vasitəçilik təcrübəmiz və ya danışıqlar platformamız nə vaxtsa tərəflər üçün faydalı olarsa, Qətər həmişə danışıqlara kömək etməyə hazırdır", - nümayəndə bildirib və əlavə edib ki, bu, yalnız proses iştirakçıları tərəfindən müvafiq müraciətin olduğu təqdirdə mümkündür.
///report