XİN rəhbəri Blinkenin köməkçisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

XİN rəhbəri Blinkenin köməkçisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
SOSİAL
13:54 28.10.2022
207

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

AZXEBER.COM  xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "Twitter"də bildirib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıblar.

"Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmaqla bağlı sadiqliyini və tam hazır olduğunu bir daha bəyan etdim”, - XİN rəhbəri vurğulayıb.

OXŞAR XƏBƏRLƏR