XİN rəhbəri Fələstin dövlətinin yaradılması üçün İsrailin şərtini açıqlayıb

XİN rəhbəri Fələstin dövlətinin yaradılması üçün İsrailin şərtini açıqlayıb
DÜNYA
18:40 03.09.2025
242
Fələstin dövlətinin yaranması İsrailin qərarından asılıdır.

Bunu İsrailin xarici işlər naziri Gideon Saar Belçika mətbuatına müsahibəsində deyib.

O, Belçikanın Fələstini tanımaq qərarını "qəribə” adlandırıb və bu qərarın kənar təzyiqlər altında qəbul edildiyini iddia edib.

İsrail XİN rəhbəri Fələstin dövlətinin qurulub-qurulmamasının Belçika hökumətinin qərarından yox, İsrail hökumətinin qərarından asılı olduğunu vurğulayıb.

Gideon Saar İsrailin Qəzza əhalisini idarə etmək niyyətind’ olmadığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR