XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik

XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
SİYASƏT
10:13 26.02.2026
230
"Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə mütəmadi əlaqədəyik”.
 
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan vətəndaşları tərəfindən hansısa müraciətin olması barədə məlumat daxil olmayıb: "Səfirlik fəaliyyətdədir. Biz Meksika rəhbərliyi tərəfindən vəziyyətin normallaşması ilə bağlı açıqlamaların da şahidi olduq”.

Qeyd edək ki, Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan "Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes hərbi əməliyyat nəticəsində öldürülüb.

Əməliyyatdan sonra qruplaşma üzvləri Xalisko və digər ştatlarda çoxsaylı nəqliyyat vasitələrini yandırıblar.

Təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında toqquşmalar baş verib.
OXŞAR XƏBƏRLƏR