XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir

XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
DÜNYA
18:13 28.02.2025
211
Bu həftə İstanbulda keçirilən Rusiya-ABŞ məsləhətləşmələri zamanı ABŞ Rusiya ilə birbaşa hava əlaqəsinin bərpası imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin qeyd olunub ki, tərəflər Rusiya və ABŞ diplomatik missiyalarının fəaliyyətinin maneəsiz şəkildə maliyyələşdirilməsini təmin etmək üçün birgə addımlar barədə razılığa gəliblər, həmçinin Rusiyanın ABŞ-də müsadirə edilmiş diplomatik mülkiyyəti ilə bağlı məsələlərə toxunublar.

"Rusiya Federasiyası ilə ABŞ arasında İstanbulda aparılan danışıqlar məzmunlu və işgüzar xarakterli olub. Hər iki ölkə Rusiya XİN-in Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyev və ABŞ dövlət katibinin müavini Sonata Koulter arasında kanal vasitəsilə dialoqu davam etdirəcək", - Rusiya XİN-in məlumatında bildirilib.
 

OXŞAR XƏBƏRLƏR