XİN: Sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil

XİN: Sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil
SİYASƏT
16:13 30.04.2020
1088
"Qlobal sağlamlıq böhranı ilə bağlı yaranmış vəziyyətdə Azərbaycan hökuməti xarici ölkələrdə olan və geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə qaytarılması üçün təxirəsalınmaz tədbirləri görüb və tədbirlər hələ də davam etməkdədir”.

AZXEBER.COM-un xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, hətta hazırkı xüsusi karantin rejimində xarici ölkələrdəki vətəndaşlarımız ölkəyə geri qaytarılır.

"Bildiyiniz kimi, Rusiya Federasiyasındakı vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün xüsusi portal yaradılıb, vətəndaşlarımızın onlayn qeydiyyatı həyata keçirilib. Ötən həftələrdə bir qrup vətəndaşımız, 548 nəfər ölkəyə qaytarılıb və Rusiyadakı digər vətəndaşlarımızın da Azərbaycana qaytarılması istiqamətində işlər aparılır. Lakin nəzərə almaq lazımdır ki, geri qayıdan hər bir vətəndaşımız karantində yerləşdirilir və bu proses karantin yerlərinin hazırlığı ilə bilavasitə əlaqəli şəkildə həyata keçirilir.

Tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciətlər edilib, ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri həmyerlilərimizə çağırış edib, onları anlayış göstərməyə səsləyib. Çünki hazırda vətəndaşlarımız qeydiyyatdan keçdikdən sonra onlara "Evə gedirəm” portalı vasitəsilə göndəriləcək məlumatı gözləməlidirlər, onların sərhəd-buraxılış məntəqəsinə getməsinə heç bir lüzum yoxdur. Əslində sərhəd məntəqəsinə getməklə vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atırlar. Bir daha vurğulamaq istərdik ki, vətəndaşlarımızın ölkəyə gəlməsi ölkədəki karantin yerlərinin hazırlığına uyğun olaraq reallaşdırılır. Bu xüsusda, əlbəttə, həkimlərimizi də düşünməliyik, demək olar ki, fasiləsiz çalışan tibbi personalın əməyinə hörmət nümayiş etdirməliyik. Onu da nəzərə almaq lazımdır ki, digər ölkələrdə də müvəqqəti qalan və geri qayıtmaq istəyən vətəndaşlarımız var, onların da vətənə qaytarılması üzrə işlər görülür.

Sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil və hər bir vətəndaşımızın bunu anlaması vacibdir. Bir daha qeyd etmək istərdik ki, Hökumətimiz tərəfindən xarici ölkələrdəki vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində işlər Azərbaycandakı vəziyyətin inkişafına, karantin yerlərinin və müvafiq logistik təminatın hazırlığına uyğun olaraq, planlı şəkildə həyata keçiriləcəkdir”, - deyə XİN rəsmisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb