XİN: Tacikistanda Çinin hərbi baza tikməsi xəbəri yalandır

XİN: Tacikistanda Çinin hərbi baza tikməsi xəbəri yalandır
DÜNYA
18:50 17.02.2023
248
Tacikistanda heç bir Çin hərbi bazası yoxdur.

Bunu ölkənin xarici işlər naziri Sirociddin Muhriddin mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, Tacikistanın Murqab rayonunda guya ki, Çinin hərbi baza tikməsi barədə KİV-də yayılan xəbərlər yalandır: "Bu, bizim sərhəd obyektimizdir və Tacikistana məxsusdur".

O, həmçinin qeyd edib ki, Tacikistan sərhədçiləri yaxın zamanda çinli həmkarları ilə görüşərək sərhədin mühafizəsi üzrə birgə plan hazırlayacaqlar.
 
///APA
OXŞAR XƏBƏRLƏR