XİN vətəndaşlara müraciət edib

XİN vətəndaşlara müraciət edib
SOSİAL
18:34 23.03.2020
1963

"Hazırda bütün dünya yeni növ təhlükəli koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə aparır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə pandemiya elan edib. Azərbaycan hökuməti COVİD-19 infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə ciddi tədbirlər həyata keçirir və bu proses birbaşa dövlət başçısının nəzarəti altındadır".

Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyindən bildirilib. 

Yaranmış vəziyyətdə ölkəmizin quru və hava yollarının bağlanması və uçuşların müvəqqəti dayandırılması ilə əlaqədar, Azərbaycanın xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının Azərbaycana gətirilməsi üçün xüsusi çarter reysləri təşkil olunmaqdadır. 10.000-ə yaxın vətəndaşımızın AZAL-ın xüsusi çarter reysləri və digər nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Ölkəyə xaricidən gələn bütün vətəndaşlar müayinədən keçirilir və dövlət hesabına 14-21 gün ərzində karantin rejimində saxlanılır: "Azərbaycan vətəndaşlarının sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib və bü xüsusda çox önəmli və təsirli tədbirlər həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, imkanlarımız sərhədsiz deyil. Mövcud durumda vətəndaşlarımızın da öz məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifələri yerinə yetirməsi çox vacibdir.

 

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, xaricdə olan vətəndaşlarımızdan hazırda olduqları ölkələrdə karantin qaydalarına riayət etmələrini israrla xahiş edirik. Azərbaycana geri dönən hər bir vətəndaşımızın karantin rejiminə götürülməsi üçün xüsusi rejimli xəstəxanalar, karantin yerləri hazırlanır, müvafiq logistika təminatı həyata keçirilir. Bunun üçün isə müvafiq imkanların səfərbər edilməsi ilə yanaşı, zaman da tələb olunur. Bu səbəbdən vətəndaşlarımızdan təmkinli davranmalarını, mümkün olduğu qədər hazırda olduqları ölkələrdə özünütəcrid qaydalarına əməl etmələrini tövsiyə edirik. Mövcud vəziyyətdə əsassız yerə təşvişin yaradılması, bəzi hallarda təxliyədən sui-istifadə halları, dövlətin gördüyü işlərə qarayaxma cəhdləri bəzi şəxslərin məsuliyyətsiz davranışını nümayiş etdirir.

Vətəndaşlarımızın, onların yaxınlarının, eləcə də Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin edilməsi naminə hər birimizi xarici səfərləri, o cümlədən geriyə dönüş səfərlərini mümkün qədər məhdudlaşdırmağa, olduğumuz yerlərdə özünütəcrid qaydalarına əməl etməyə və təmkinli davranmağa çağırırıq. İnanırıq ki, anlayış və həmrəylik nümayiş etdirərək  müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələcəyik". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz olmayacaq
08:52 27.07.2026
Bu ərazilərdə qaz olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır