Xırdalanda binanın elektrik naqillərini oğurlayan şəxslər saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən binalardan birinin elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. Allahverdiyev və B. Əsədov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.









































