Abşeron rayonu Xırdalan şəhəri 1 saylı tam orta məktəbdən şikayət var.
AZXEBER.COM-un redaksiyasına müraciət edən valideynlərin sözlərinə görə, məktəbdə yeni tədris ili başlayandan bu günə kimi sular tamamilə kəsilib. Nəticədə məktəbdə oxuyan şagirdlər üçün antisanitariya hökm sürür:
"Məktəbdə tualetin önündən keçmək mümkün deyil. Üfunət iyindən kolidorda durmaq olmur. Uşaqların səhhətində ciddi problem yaranacağından qorxuruq. Məktəb rəhbərliyi isə məsələ ilə bağlı heç nə edə bilməyəcəyini deyib, məsuliyyəti öz boynundan atır".
Qeyd edək ki, sözügedən məktəb bir neçə il öncə əsaslı şəkildə təmir edilib.