Xırdalanda məktəbin uçan damının təmirinə başlanıldı

Xırdalanda məktəbin uçan damının təmirinə başlanıldı
SOSİAL
11:15 06.04.2022
276
Bu gündən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin uçan damının təmirinə başlanılıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir: "Məktəbin şagirdləri isə müvəqqəti olaraq onlayn təhsilə cəlb olunublar".

Qeyd edək ki, hadisə aprel ayının 4-də baş verib.
OXŞAR XƏBƏRLƏR