Xırdalanda şəhidlərinin xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılıb

Xırdalanda şəhidlərinin xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılıb
SOSİAL
21:35 30.04.2022
465
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində I Qarabağ və Vətən Müharibəsində ölkəmizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılmışdır. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı  Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.

Mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xastirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir. 

RİH başçısı Abdin Fərzəliyev xalqımızın döyüş meydanında qazandığı qələbədən danışmışdır. Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 günə böyük zəfər qazanaraq xalqımızın vətən həsrətinə son qoymuşdur. Vətən Müharibəsi zamanı həm I Qarabağ, həm də Vətən Müharibəsi müddətində şəhid olan, eləcə də mənfur düşmənin dinc əhaliyə qarşı açdığı atəş nəticəsində həlak olan bütün soydaşlarımızın qisası döyüş meydanında alınmışdır. Azərbaycanın qüdrətli orduya malik olduğu qeyd edilərək bundan sonra vətənimizə qarşı yönələ biləcək bütün təxribatların yerindəcə məhv ediləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində böyük diqqətin göstərildiyi qeyd edilərək onların həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hss etdikləri vurğulanmışdır. 

Xalqımızın bütün bayram və şad günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılacağını, Abşeron rayonunda onlara bundan sonra da daimi olaraq qayğının göstəriləcəyini  bildirən RİH başçısı burada əsas məqsədin həyatımızın bütün anlarında şəhidlərimizin əziz xatirəsini yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd etmişdir. 

Daha sonra I Qarabağ müharibəsi qazisi və Vətən Müharibəsi şəhidi Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev, şəhid Ceyhun Useynovun anası Kəmalə Useynova, qazi Zaur Hüseynli, ilahiyyətçi Rasim Xadaverdiyev və Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş qazilər çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, şəhidlərimizin əziz ruhlarına dualar oxumuş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulamış və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

Sonda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilər tərəfindən şəhid ailələrinə hədiyyələr  təqdim olunmuşdur. 
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tesla yüksəlişdədir, BYD isə mövqelərini itirir
15:41 16.03.2026
Tesla yüksəlişdədir, BYD isə mövqelərini itirir
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə  - DİM açıqlama yaydı
15:39 16.03.2026
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə - DİM açıqlama yaydı
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
15:39 16.03.2026
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
15:27 16.03.2026
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir