Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI

Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI
SOSİAL
15:23 12.11.2019
3745

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə göndərməyə maşın tapılmayıb.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu (İbrahimov) məlumat verib. O, xəstənin həyatına laqeyd yanaşan Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarının cəzalandırılmasını istəyib:

"Dünən noyabr ayının 11-i saat 22:26 radələrində həyat yoldaşım antibiotik dərman qəbul etdiyi üçün alerqik reaksiya vermişdi. Tənəffüsündə kəskin problem yaranmışdı, ürək döyüntüləri artmışdı, əlləri yığılmağa başlamışdı. Xırdalan şəhərində kirayədə yaşadığım üçün(özüm Bakı şəhərində qeydiyyatdayam) ərazi üzrə Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng etdim. Vətəndaşa qarşı gördüyüm biganə münasibət məni sarsıtdı.Deməli dispetçer həkimə dərdimi deyirəm, o da yanındakılardan soruşur. Bu da qalsın bir tərəfə.Dəstəyi götürən digər xanım işçi bildirir ki, hazırda maşınlarımız çağırışdadı, maşın yoxdur. Özünüz xəstəni aparın. Məsləhət gördülər ki, Ak. M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanaya müraciət edək. Sonra xəstəni taksi tutaraq aparmışam deyilən xəstəxanaya. Orada da xəstəyə biganə münasibətin şahidi oldum.Hər tibb işçisi bir söz dedi.Sonra bir əlil arabası verdilər ki, xəstəni reanimasiyaya aparın.Liftə minəndə xanım işçi qeyd elədi ki, sizə burada yardım göstərə bilməyəcəklər. Ən yaxşısı gedin Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə.Yenidən bir taksi tutub (Xəstəxananın həyətində təcili Tibbi Yardım avtomobili olduğu halda) deyilən xəstəxanaya getdim.Sağ olsunlar ki, Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsində lazımı tibbi yardım göstərildi. Mənə maraqlı olan odur ki, mənim həmin vaxt üstümdə pul olmasaydı mən xəstəmi necə maşın tutub aparacaqdım xəstəxanaya?Ya maşın tapıb xəstəmi xəstəxanaya çatdıra bilməsəydim nə olacaqdı?Bu vətəndaşa qarşı necə biganə münasibətdir?

Bu gün səhər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9103 "Qaynar xətti"nə zəng edib məlumat verdim. Sonra araşdırıb mənə cavab dedilər ki, həmin vaxt zəng edəndə maşın olmayıb. Sonradan da guya mənə zəng ediblər mən Təcili Tibbi Yardım maşınından imtina etmişəm.Halbuki elə bir məsələ olmayıb. İndi xahiş edirəm həmin təcili tibbi yardım stansiyasının vətəndaşa laqeyd yanaşan tibbi personalı cəzalandırılsın."

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb