Xırdalanda tıxac probleminin həlli üçün tədbirlərə başlanıb - VİDEO

Xırdalanda tıxac probleminin həlli üçün tədbirlərə başlanıb - VİDEO
SOSİAL
23:39 03.03.2026
357
Xırdalanda uzun illərdir davam edən nəqliyyat sıxlığı probleminin həlli istiqamətində irimiqyaslı layihəyə start verilib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Bakıətrafı ərazilər arasında ən sıx məskunlaşmanın müşahidə olunduğu Xırdalan şəhərində mövcud nəqliyyat şəbəkəsi artıq sakinlərin tələbatını ödəmir.

Problemin aradan qaldırılması üçün hazırlanan yeni layihə isə şəhərin çıxış istiqamətini tamamilə dəyişir.

Layihə çərçivəsində tək çıxış yolları deyil, həm də daxili bağlantılar yenilənir. Xırdalan dairəsindəki yolayrıcının təkmilləşdirilməsi və Bakı-Sumqayıt yolundan Bakı-Şamaxı yoluna birbaşa keçidlərin təşkili magistrallar arasındakı keçidi sürətləndirəcək. Amma əsas yeniliklərdən biri nəqliyyat mübadilə mərkəzinin inşasıdır.

Yeni infrastrukturun qurulması Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə də rahat əlaqə imkanı yaradacaq. İrimiqyaslı layihələrin 2027-2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.

OXŞAR XƏBƏRLƏR