Abşeron rayonunda bədbəxt hadisə baş verib. Abşeron rayonu, Xırdalan şəhəri əraziisndə beş yaşlı uşaq çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Criminal.az xəbər verir ki, 5 yaşlı Məryəm Əsədova valideynləri ilə yaşayış kompleksindəki mənzillərdən birinə qonaq gəlib. Diqqətdən yayınan uşaq 7-ci mərtəbəyə çıxaraq pilləkənin pəncərəsindən yıxılıb.
M.Əsədova aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı Abşeron Rayon Prokurorluğu araşdırma aparılır.