Xırdalanda yeni inşa edilən nasos stansiyasına baxış keçirilib - FOTOLAR

Xırdalanda yeni inşa edilən nasos stansiyasına baxış keçirilib - FOTOLAR
SOSİAL
11:05 16.01.2021
348
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və "Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Xırdalan şəhərində inşa edilən və çirkab suların axıdılması üçün nəzərdə tutulan nasos stansiyasına baxış keçiriblər.
 
AZXEBERCOM xəbər verir ki, 2017-ci ilin iyul ayında Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası üzrə tikinti-quraşdırma işlərinə başlanıb və 2019-cu ilin sonunda ilkin mərhələ üzrə işlər başa çatdırılıb.

Layihə çərçivəsində Xırdalan şəhərində hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 4,5 km uzunluğunda magistral, 167 km şəbəkə su xətləri inşa edilib, 17639 ünvana birləşmə verilib. Eyni zamanda şəhərdə 83 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunub.

Xırdalan şəhərinin şəbəkələri yenidən qurulduqdan sonra ərazidə formalaşan tullantı sularının həcmi artdığından mövcud 1 və 26 saylı kanalizasiya nasos stansiyalarının məhsuldarlığının artırılması zərurəti yaranıb və bu məqsədlə həmin stansiyaların yenidən qurulmasına qərar verilib.

1 saylı nasos stansiyasında dalğıc tipli müasir nasoslar quraşdırılıb, nasosların çıxış xəttinin mövcud kollektora birləşdirilməsi üçün Xırdalan şəhərinin Heydər Əliyev prospekti boyu 1,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti inşa edilib.

26 saylı kanalizasiya nasos stansiyasında yenidənqurma işləri aparılıb. Burada yeni nasosxana binası, elektromexaniki avadanlıqları üçün otaqlar inşa edilib. Nasos stansiyasında məhsuldarlığı saatda 4320 kubmetr olan dalğıc tipli nasoslar quraşdırılıb.

Nasos stansiyasından Xırdalan dairəsinə qədər 1200 mm diametrli polad borularla 4,2 km uzunluğunda təzyiqli kanalizasiya xətti inşa edilib.

Stansiyada yarım qalmış işlərin başa çatdırılması və mümkün qədər tez işə salınması istiqamətində fikir mübadiləsi aparılıb, görüləcək işlər, atılacaq addımlar müzakirə edilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü