Dünyanın ən yaşlı kişisi - XIX əsrdə doğulan sonuncu şəxs Yaponiyada yaşayır.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu 116 yaşlı Dziroemon Kimuradır.Kimura 1962-ci ildə təqaüdə çıxıb. Onun 5 uşağı, 14 nəvəsi, 25 nəticəsi, 13 kötücəsi var. Onun sözlərinə görə, uzunömürlülüyünün sirri qidalanmasındadır. O, ömrü boyu az-az porsiya ilə yemək yeyib.Kaliforniya Universitetinin araşdırmasına görə, dünyada qeydə alınan 1901-ci il təvəllüdlü 21 qadın yaşayır. Uzunömürlülər əsasən ABŞ, Yaponiya, Kanadada məskunlaşıblar.