Xızıda 14 yaşlı məktəbli özünü asdı

Xızıda 14 yaşlı məktəbli özünü asdı
SOSİAL
10:33 01.05.2017
2326

Xızı rayonunda 14 yaşlı məktəbli özünü asaraq intihar edib.

Hadisə rayonun Stalçay kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətində tövlədən asıb.

Ailə üzvləri onu Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da, məktəblinin həyatını xilas eləmək mümkün olmayıb. 

 

O, aprelin 30-u gecə saatlarında xəstəxanada ölüb.
Xızı Rayon Prokurorluğu faktı təsdiqləyib və hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.


///Report
OXŞAR XƏBƏRLƏR