Xızı rayonunun Giləzi qəsəbəsində həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 m2 olan anbar yanıb.
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində anbarın içərisində 600 kq ot bağlaması, həmçinin anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.
Yağınsöndürənlər yanğınının böyüməsinin qarşısını alıblar.
Hazırda araşdırma aparılır.