Xızıda əməliyyat keçirilib: narkotik, silah tapıldı

Xızıda əməliyyat keçirilib: narkotik, silah tapıldı
SOSİAL
12:53 25.04.2017
1016

Xızı rayonunda narkotik alverçisi ilə bağlı əməliyyat keçirilib.

AZXEBER.COM  DİN-ə istinadən xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Xızı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əlaqədar Giləzi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əfsər Əsgərovun evinə baxış zamanı 0,235 qram heroin, 22,76 qram marixuana, lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı tüfəng və 25 ədəd patron aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR